Avropa Komissiyasının komissarı: "Artıq qaçqın və miqrant problemi yoxdur"

Avropa Komissiyasının miqrasiya, daxili İşlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos: "Bəzilərinin dediklərinin əksinə olaraq, artıq qaçqın, və ya miqrant problemi yoxdur" deyə açıqlama verdi.

1126602
Avropa Komissiyasının komissarı: "Artıq qaçqın və miqrant problemi yoxdur"

 Avropa Komissiyasının miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos Strasburqda Avropa Şurası Parlament Assambleyasının miqrasiya məsələləri ilə bağlı iclasında  çıxış edərək, qitəyə nizamsız miqrant axınında ötən illə müqayisədə 80% azalma müşahidə olunduğunu bildirdi.
 
 Buna baxmayaraq, bəzi miqrantların Avropa İttifaqına getməyə davam edəcəyini ifadə edən Dimitris Avramopulos Aİ-nin bunun öhdəsindən həmrəylik içində hərəkət edərək gələ biləcəyini vurğuladı.
 
 Ölkələrin təkbaşına hərəkət etməsi vəziyyətində qaçqın axınının problem olmağa davam edəcəyinə işarə edən Avramopulos bu çərçivədə Aİ-də davamlı sığınacaq sisteminin yaradılmasının zəruri olduğunu qeyd etdi.
 
 Dimitris Avramopulos sığınacaq sistemi yaradılanadək Avropa Komissiyasının üzv ölkələrlə birgə müvəqqəti tənzimləmələr həyata keçirməyə hazır olduğunu dedi.
 
 Nizamsız miqrant axınında ciddi azalma olmasına baxmayaraq, siyasi mövqelərin dəyişmədiyinə diqqəti çəkən komissar: "Artıq hər kəsin gözü açılmalıdır. Bəzilərinin söylədiklərinin əksinə olaraq, artıq qaçqın, və ya miqrant böhranı yoxdur" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr