Aİ Böyük Britaniya parlamentinin "Brexit" müqaviləsini qəbul etməməsinə reaksiya göstərdi

Avropa İttifaqı Komissiyasının sədri Yan Klod Yunker (Jean-Claude Juncker) "Brexit" müqaviləsinin İngiltərə parlamentində rədd edilməsindən sonra: "İngiltərənin ən qısa zamanda niyyətini açıq şəkildə ortaya qoymasını tələb edirəm" ifadəsini işlətdi.

1126540
Aİ Böyük Britaniya parlamentinin "Brexit" müqaviləsini qəbul etməməsinə reaksiya göstərdi

Avropa İttifaqı Komissiyasının sədri Yan Klod Yunker (Jean-Claude Juncker) Böyük Britaniyanın Baş naziri Tereza Meyin (Theresa May) Aİ ilə "Brexit" müqaviləsinin İngiltərə parlamentində rədd edilməsindən sonra: "İngiltərənin ən qısa zamanda niyyətini açıq şəkildə ortaya qoymasını tələb edirəm" ifadəsini işlətdi.
 
Yunker verdiyi yazılı açıqlamada ötən gün axşam parlamentin alt qanadı olan İcmalar palatasında keçirilən səsvermənin nəticəsinə görə təəssüf hissi keçirdiyini vurğulayaraq, Aİ-nin "Brexit" müqaviləsinin səsvermə prosesini davam etdirəcəyini bildirdi.
 
 Mövcud "Brexit" müqaviləsinin mümkün olan ən yaxşı müqavilə olduğunu qeyd edən Yunker: " İngiltərənin Aİ-dən razılaşdırılmış şəkildə ayrılmasını təmin etməyin yeganə yolu budur" dedi.
 
 Avropa Şurasının sədri Donald Tusk isə, sosial media hesabından paylaşdığı ismarışında: "Əgər razılığa gəlmək mümkün deyilsə və kimsə müqaviləsiz ayrılmaq istəmirsə, o zaman yeganə həllin nə olduğunu deməyə kim cəsarət edəcək?" deyə qeyd etdi.
 
 Fransa prezidenti Emmanuel Makron isə İngiltərənin böyük ehtimalla, Avropa İttifaqından müqavilə ilə bağlı əlavə müddət istəyəcəyini bildirdi.
 
 Makron iştirak etdiyi bir iclasda İngiltərə parlamentinin "Brexit" müqaviləsini qəbul etməməsi ilə bağllı fikir bildirdi.
 
 Səsvermənin rədd edilməsindən sonra üç ssenarinin həyata keçirilə biləcəyini qeyd edən Makron Brexit müqaviləsi ləğv olduğu təqdirdə uduzan tərəfin İngiltərə olacağını söylədi.
 
 Makron ikinci ssenarinin Britaniyanın Aİ-dən müqavilə ilə bağlı yeni tələblər irəli sürməsi şəklində ola biləcəyini ifadə edərək, müqavilənin təkrar müzakirəyə çıxarıla bilinməyəcəyini vurğuladı.
 
Üçüncü ssenariyə əsasən İngiltərənin müqavilə ilə əlaqədar Aİ-dən əlavə müddət istəyəcə biləcəyini bildirən Makron: "Bəlkə başqa bir yol tapmaq üçün Avropa parlamenti seçkilərinə girəcəklər. Bu isə böyük bir qeyri-müəyyənlik və narahatlıq yaradacaq" dedi.
 
 Almaniya kanslerinin müavini və Maliyyə naziri Olaf Şolts (Olaf Scholz)  "Brexit" müqaviləsinin Britaniya parlamenti tərəfindən rədd edilməsilə bağlı: " Buna yaxşı hazırlaşmışıq, lakin sərt bir "Brexit" Avropa İttifaqı və Böyük Britaniya üçün ən az cazibədar olan bir alternativ olacaq" dedi.
 

 

 

 



Әlaqәli Xәbәrlәr