Әlcәzair-Türkiyә parlamentlәrarası dostluq qrupu yaradılıb

Əlcəzair Milli Xalq Məclisindən  verilәn açıqlamaya görә,  iki ölkə arasında yaradılan qrupun sədrliyini Sülh Hәrәrkatının sәdri  Əhməd Saduq icra edәcәk.

1126151
Әlcәzair-Türkiyә parlamentlәrarası dostluq qrupu yaradılıb

Əlcəzair Milli Xalq Məclisi ilə Türkiyə Böyük Millət Məclisi  arasında dostluq qrupu yaradılıb.

Əlcəzair Milli Xalq Məclisindən  verilәn açıqlamaya görә,  iki ölkə arasında yaradılan qrupun sədrliyini Sülh Hәrәrkatının sәdri  Əhməd Saduq icra edәcәk.

Qrupun yaradılması ilә bağlı keçirilәn tәdbirdә Türkiyәnin Әlcәzairdәki sәfiri Mehmet Poroy vә Әlcәzair parlamentinin xarici mәsәlәlәr üzrә komitәsinin sәdri Әbdülhәmid Afif iştirak ediblәr.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Әhmәd Saduq dostluq qrupunun üzvlәrinin iki ölkәnin liderlәrinin müәyyәnlәşdirdiyi hәdәflәrә nail olmaq üçün sәy göstәrmәyә hazır olduqlarını deyib.

Tәdbirdә çıxış edәn Türkiyәnin Әlcәzairdәki sәfiri Mehmet Poroy isә iki ölkәnin müxtәlif sahәlәrdә güclü әlaqәlәrinin  olduğunu bildirib. Mehmet Poroy qrup üzvlәrinin iki ölkә arasındakı әlaqәlәrin inkişafına töhvә verәcәyini qeyd edib.

Әlcәzair parlamentinin xarici mәsәlәlәr üzrә komitәsinin sәdri Әbdülhәmid Afif dә Türkiyә ilә Әlcәzair arasında dialoq vә siyasi məsləhətləşmələr mәsәlәsindә  əldə olunan nəticələrdən duyduğu məmnuniyyəti dilə gətirib.

Türkiyə ilə Əlcəzair arasında 2006-cı ildә  ticarət həcminin və Əlcəzair iqtisadiyyatına qoyulan  Türk investisiyalarının nisbətinin artımına  töhvә verәn  dostluq və əməkdaşlığa dair  müqavilə imzalanıb.

Əlcəzair ildə təxminən 5 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin bölgədəki ən böyük ticarət tərəfdaşıdır.

Rəsmi mәlumatlara  görə, Əlcəzair iqtisadiyyatına qoyulan Türk investisiyalarının hәcmindә  3 milyard dollar artım müşahidә olunub.



Әlaqәli Xәbәrlәr