Belçikada halal ət kəsimi qadağan edildi

Belçikanın Flamand bölgəsində halal ət kəsiminə qoyulan qadağanın ilin əvvəlində qüvvəyə minməsi müsəlman və yəhudi icmalarının reaksiyasına səbəb oldu.

1126073
Belçikada halal ət kəsimi qadağan edildi

Belçikanın Flamand bölgəsində halal ət kəsiminə qoyulan qadağanın ilin əvvəlində qüvvəyə minməsi müsəlman və yəhudi icmalarının reaksiyasına səbəb oldu.
 
 Belçika əhalisinin təxminən  6%-ni təşkil edən müsəlman və yəhudilər heyvanların şoklanmadan və yatızdırılmadan kəsilməsini qadağan edən qərarın iki icmanın dini azadlıqlarını məhdudlaşdırdığını və bu icmalara hörmətsizlik olduğunu bildirirlər.
 
 Müsəlmanların "halal", yəhudilərin isə "koşer" adlandırdığı kəsimə görə, heyvanlar kəsilmədən əvvəl sağlam olmalı və onların şüuru yerində olmalıdır. Kəsimdən əvvəl heyvanların şoklanması isə müsəlman və yəhudi icmalarının istehlak etdiyi "halal" və "koşer" məhsulların əldə edilməsinə mane olur.
 
 Adətən ifrat sağçı qruplar və heyvan haqları müdafiəçilərindən ibarət olan qadağa tərəfdarları isə şoklanmadan, və ya yatızdırılmadan kəsilən heyvanın əziyyət çəkdiyini və hüquqlarının pozulduğunu iddia edirlər.
 
 Halal kəsimi qadağan edən ölkələr siyahısına qoşulmaq yolunda olan Belçikanın Flamand parlamentinin qəbul etdiyi qadağa qərarının ölkənin Valonya bölgəsində sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr