ABŞ İrana hücum planını görüşüb

Ağ Ev Milli Təhlükəsizlik Şurasının keçən il İrana qarşı hücum üçün ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) müharibə planı tələb etdiyi iddia edilib.

1125115
ABŞ İrana hücum planını görüşüb

Bu barədə "Wall Street Journal"  keçmiş və vəzifədəki rəsmilərə istinadən xəbər verib. Qəzet xəbərində sentyabr ayında ABŞ-ın Bağdaddakı səfirliyinə qarşı hücumdan sonra Milli Təhlükəsizlik müşaviri Con Boltonun rəhbərliyi altındakı Milli Təhlükəsizlik Şurasının İranı vurmaq məsələsini müzakirə etdiyi, Pentaqondan da bu məsələ  ilə  əlaqəli  hərbi variant tələb etdiyi irəli sürülüb. Xəbərə görə, şuranın tələbi Pentaqon və ABŞ Dövlət katibliyini narahat etsə də, Pentaqon tələbə cavab verərərək, İrana qarşı hücum planlarını göndərib. Xəbərdə Ağ Evin bu məsələdə atılacaq addımın üzərində işləyib-işləmədiyi, ABŞ Prezidenti Donald Trampın bu mövzuda məlumat sahibi olub-olmadığının bilinmədiyi qeyd olunub.

 



Әlaqәli Xәbәrlәr