ABŞ-dan “Şimal Axını 2” qaz kəməri layihəsiylə bağlı təhdid

ABŞ-ın Berlindəki səfiri Richard Grenell, "Şimal Axını 2" qaz layihəsinin həyata keçirilməsi işlərində iştirak edən şirkətlərə sanksiya tətbiq ediləcəyini bildirib.

1125121
ABŞ-dan “Şimal Axını 2” qaz kəməri layihəsiylə bağlı təhdid

Bild am Sonntag qəzetinin xəbərinə görə, səfir Richard Grenell, Alman firmalara məktub göndərərək onları ABŞ-nın sanksiyaları ilə qarşılaşa biləcəkləri mövzusunda xəbərdarlıq edib.

Səfir, Baltik dənizindən Rusiyadan Almaniyaya təbii qaz çatdıracaq "Şimal axını 2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə yazdığı məktubda vurğulayıb ki, layihə ilə bağlı fəaliyyətlərə qatılan şirkətlər, düşmənlərə qarşı mübarizə qanunları çərçivəsində cəzalandırılabilərlər. ABŞ iştirakçı şirkətlərə embarqo tətbiq edəbilər. Çünkü "Şimal axını 2" qaz çkəməri layihəsinin həyata keçirilməsi halında Ukraynadan Avropaya təbii qaz ixracına zərurət qalmayacaq. Bu da Ukraynanın Rusiyanın təcavüzkar siyasətlərinə qarşı müqavimət gücündə mənfi təsir edəcək.

Səfirin sözlərinə görə ABŞ-dan başqa, Polşa da Almaniyanın "Şimal axını 2" qaz kəməri layihəsindən çıxmasını istəyir.



Әlaqәli Xәbәrlәr