Yəmənin hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah öldü

Bu barədə səhiyyə mənbələrinin yaydığı məlumatda bildirilib.

1124651
Yəmənin hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah öldü

Yanvarın 10-da Husilərin  hücumu zamanı yaralan Yəmən hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah ölüb.

Bu barədə səhiyyə mənbələrinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən,  Məhəmməd Saleh Tamah  Ədən şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Lahic şəhərindəki Əl-Ənəd hərbi bazasında mərasim zamanı baş verib. Dronla edilən hücumu zamanı 4 əsgər ölüb, 10-dan çox şəxs isə yaralanmışdı. Yaralılar arasında Qərargah rəisi Abdullah ən-Nahi, Qərargah rəisinin müavini Saleh əz-Zəndani, Lahic valise Əhməd ət-Türki və hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah da olub.



Әlaqәli Xәbәrlәr