Parisdә baş verәn partlayış nәticәsindә bir ispaniyalı turist dә hәlak olub

Fransanın paytaxtı Parisdә qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә bir ispaniyalı turist dә hәlak olub.

1124586
Parisdә baş verәn partlayış nәticәsindә  bir ispaniyalı turist dә hәlak olub

Fransanın paytaxtı Parisdә qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә bir  ispaniyalı turist dә hәlak olub.

Bu barәdә İspaniyanın Xarici İşlәr naziri Cosep Borel (Josep Borrel) mәlumat verib. Cosep Borel bildirib ki, Fransanın paytaxtı Parisdә baş verәn partlayış nәticәsindә 3 nәfәrin hәlak olması ilә bağlı xәbәr onu kәdәrlәndirib. O, hәlak olanlardan birinin ispaniya vәtәndaşı olduğunu vurğulayıb.

Cosep Borel partlayış nәticәsindә hәlak olan İspaniya vәtәndaşının ailәsinә başsağlığı, xәsarәt alan ispaniyalı turistә isә şәfa dilәyib.

Qeyd edәk ki, dünәn Fransanın paytaxtı Parisdә  güclü partlayış baş verib.

Hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində olub. Mәlumata әsasәn, partlayışa qaz sızması sәbәb olub.

Partlayış nəticəsində 10  nəfərin öldüyü və 47  adamın yaralandığı bildirilir. Partlayış nәticәsindә әtrafdakı binalara ciddi ziyan dәyib.



Әlaqәli Xәbәrlәr