Rumıniya, Aİ Şurasına sədrlik edəcək

Avropa İttifaqı üzvü Rumıniya, Aİ Şurasının növbə ilə olan dövr sədrliyi vəzifəsini Avstriyadan təhvil aldı.

1123592
Rumıniya, Aİ Şurasına sədrlik edəcək

Həmin münasibət ilə Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən təhvil-təslim mərasiminə alyansa üzv ölkələrin liderləri qatıldı.

Rumıniya Prezidenti Iohannis mərasimdə etdiyi çıxışında ölkəsinin alyansa üzvlüyünün 12-ci ilində təhvil aldığı vəzifəni uğurla icra edəcəyini ifadə edərək, Avropa İttifaqının Böyük Britaniyanın alyansdan çıxması, köç və təhlükəsizlik kimi həm daxildə həm də xaricdə bir çox problem ilə qarşı –qarşıya olduğu dövrdə güclü addımlara zərurət vardır deyib.

Avropa İttifaqı Şurasının sədri Tusk da öz nəvbəsində bildirib ki, Rumıniyanın Avropanın maraqlarını qorumaqda lazımlı addımları atacağına inamım tamdır.

Avropa Komissiyasının sədri Jean Claude Juncker də mərasimdə etdiyi çıxışında, Rumıniyanın Avropanın mərkəzində iştirak etdiyini Avropa İttifaqının Rumıniya olmazdan nöqsan qalacağını, Rumıniyanın yerinin Şengen zonası olduğunu, karropsiyaya qarşı mübarizədən imtina edilməməsinin lazım gəldiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr