ABŞ əsgərlərinin suriyadan çıxış prosesi başladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı bəzi avadanlıqların çıxarılmasına başlandığını bildirib.
1123610
Pentaqondan adının gizli qalmasını istəyən bir rəsminin mövzu ilə əlaqəli yaydığı məlumatda hərbi texnikaların hansı bölgələrdən çıxarıldığı və hara köçürüldüyünə toxunulmayıb.
Amerika CNN telekanalı isə bildirib ki, ABŞ Mərkəz Qüvvələri Komandirliyi Suriyadan hərbçilərin çıxarılması əməliyyatında istifadə ediləcək gəmi və təyyarələr müəyyənləşdirilib.
Qeyd edək ki, Suriyadan çıxma prosesi prezident Trampın 19 Dekabr 2018-də qəbul etdiyi qərarı ilə başlamış və həmin qərar ilə bağlı yaranan mübahisələr nəticəsində müdafiə naziri Jim Mattis vəzifəsindən istefa etmişdir. Mattis istefa etməzdən əvvəl ABŞ ordusundan Suriyadan əsgərlərin çıxarılması prosesinin başladılmasını istəmişdi.