ABŞ dövlət katibi Mike Pompeo gözlənilmədən İraqa səfər edib

Məlumata görə Pompeo Yaxın Şərq ölkələrinə planlaşdırılan 8 günlük səfəri çərçivəsində proqramı daxilində  olmamasına   baxmayaraq,  getdiyi İraqın paytaxtı Bağdadda prezident Berhem Saleh və Baş nazir Adil Abdulmehdi ilə görüşüb.

1122778
ABŞ dövlət katibi Mike Pompeo gözlənilmədən İraqa səfər edib

Bildirilir ki, Saleh və Pompeo  arasında  qapalı qapılar arxasında baş tutan görüşdə bölgədə  cərəyan  edən   siyasi və təhlükəsizliklə bağlı proseslər müzakirə olunub.

İraq dövlət başçısı Saleh sülh və təhlükəsizliyin bərpası, təzyiqin azaldılması və qeyri-sabitliyin aradan qaldırılması üçün tərəflər arasında konstruktiv dialoqun əhəmiyyətinə diqqət çəkib. Terrorun sona çatdırılması üçün regional və beynəlxalq əməkdaşlıq irəli pillələrə qaldırılmalıdır deyib. İraqın suverenliyinə hörmət əsasında, müttəfiq və dost ölkələrlə balanslı münasibətlər yaradmağın zəruri olduğunu vurğulayıb.

ABŞ dövlət departamentinin rəhbəri Pompeo da İraqı siyasət, təhlükəsizlik və iqtisadiyyat sahəsində əhəmiyyətli və strateji bir ortaq qəbul etdiklərini,   ölkənin yenidən bərpası mövzusunda xüsusilə terror təşkilatı DEAŞ-dan təmizlənmiş bölgələrdə investisiya həyata keçirməkdə hazır olduqlarını bildirib.

ABŞ dövlət katibi Pompeo Saleh ilə bir araya gəldikdən sonra İraq Baş naziri Abdulmehdi ilə görüşüb. Suriyada fəailləyt göstərən terror təşkilatı DEAŞ-a qarşı mübarizə mövzusu müdazirə olunan danışıqda İraqın ərazi bütövlüyü və suverenliyinin əhəmiyyətinə diqqət cəkən dövlət katibi yeni hökumətə hər sahədə dəstəyə hazır olduqlarını, bölgənin DEAŞ-dan təmizlənməsi üçün əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr