Aİ Komissiyasının mәtbuat katibi Maja Kojiancic açıqlama verdi
Avropa İttifaqı Komissiyasının mәtbuat katibi Maja Kojiancic (Maja Kojiancic) Vaşinqton rəhbərliyinin məlumat vermədən Aİ-nin ABŞ-dakı nümayəndə heyətinin diplomatik statusunu endirdiyi iddiasını təsdiqləyib.

Avropa İttifaqı Komissiyasının mәtbuat katibi Maja Kojiancic mövzu ilə bağlı verdiyi açıqlamada "Diplomatik prioritet siyahısının ABŞ protokolu tərəfindən tətbiq etmə formasında yaxın zamanda bir dəyişiklik olduğunu bilirik. Qərarın Vaşinqtondakı Aİ Nümayəndə Heyətinə mümkün təsirləri haqqında müvafiq şəxslərlə görüşlərimiz davam edir" deyə qeyd edib.
Qeyd edək ki, Almaniyanın “Deutshce Welle” (DW) yayım orqanı Aİ-nin statusunun ABŞ tərəfindən keçən ilin sonunda məlumat verilmədən endirildiyini xəbər vermişdi.
Yayılan xəbərə әsasәn, qərardan sonra ABŞ Xarici İşlər Nazirliyi nəzdində Aİ nümayəndə heyətinin statusunun üzv dövlətdən beynəlxalq qurum səviyyəsinə endirildiyi qeyd edilmişdi.
Әlaqәli Xәbәrlәr

ABŞ Bəhreyn və BƏƏ-ni "Əsas Təhlükəsizlik Tərəfdaşı" kimi tanıyıb
ABŞ Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) "Əsas Təhlükəsizlik Tərəfdaşı" kimi tanıyıb.