ABŞ, Venesuelaya əlavə sanksiya tətbiqinə başladı

ABŞ, 7 Venesuelalı və bəzi təşkilatlara sanksiya tətbiqinə dair qərar qəbul etdi.

1122039
ABŞ, Venesuelaya əlavə sanksiya tətbiqinə başladı

ABŞ Xəzinə nazirliyindən mövzu ilə əlaqəli yayılan açıqlamada bildirilir ki, qərar korrupsiya səbəbindən qəbul edilib.

Departamentin yaydığı açıqlamada həmçinin qeyd edilib ki, Venesuela xalqı yoxsulluğa qarşı mübarizə edərkən, haqlarında sanksiya tətbiqinə dair qərar qəbul edilən 7 nəfər milyardlarla dollarlıq korrupsiya işləriylə məşqul olurlar. ABŞ, Venesuela xalqına demokratiya uğrundakı səylərinə görə lazımlı dəstəyi verməkdə davam edəcək.

Qeyd edək ki, Venesuela, Dünya Ticarət Təşkilatına ABŞ-ı sanksiyaları ilə əlaqəli olaraq şikayət edib.



Әlaqәli Xәbәrlәr