Şimali Koreya lideri Çinә sәfәr edib

Bu barәdә Şimali Koreyanın KCNA xәbәr agentliyi mәlumat yayıb.

1121682
Şimali Koreya lideri Çinә sәfәr edib

Şimali Koreya lideri Kim Çen Çinin paytaxtı Pekinә sәfәr edib.

Bu barәdә Şimali Koreyanın KCNA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata görә, Şimali Koreya liderinә xanımı Ri Sol-ju da müşayiәt edir.

Kim Çenә sәfәri şәrçivәsindә hәmçinin  Amerika Birlәşmiş Ştatları ilә nüvә danışıqlarını aparan İşçi Partiyasının Mәrkәzi Komitәsinin sәdr müavini, Xarici İşlәr naziri vә Müdafiә naziri dә müşayiәt edirlәr.

Çinin rәsmi Şinxua agentliyi Kim Çenin rәhbәrlik etdiyi nümayәndә heyәtinin Pekinә sәfәr etdiyini  tәsdiqlәyib.

Qeyd edәk ki, Kim Çen Pekinә etdiyi sәfәr çәrçivәsindә Çin dövlәt başçısı Şi Cimpinq ilә görüşәcәk.

Mәlumata görә,  görüşdә  Şimali və Cənubi Koreya arasındakı sülh danışıqları ilə Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi üçün ABŞ ilə aparılacaq  danışıqlar müzakirә olunacaq.



Әlaqәli Xәbәrlәr