Səudiyyə Ərəbistanı Yəmənlə olan sərhəd məntəqəsinə əlavə hərbi qüvvə göndərdi

Səudiyyə Ərəbistanının Milli Mühafiz Nazirliyi ölkənin Yəmənlə olan sərhəd məntəqəsinə əlavə hərbi qüvvə göndərdiyini açıqladı.

1121023

Nazirliyin “Twitter” səhifəsində yer tutan məlumatda bildirilib ki, ölkənin cənub sərhədini müdafiə edən qüvvələrə qoşulmaq məqsədilə əlavə hərbi texnika bölgə istiqamətində yola düşdü.

Açıqlamada həmçinin tankları daşıyan maşınların olduğu şəkillər paylaşım edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələri Yəməndə 2015-ci ilin mart ayından bəridir Husilərə qarşı hökumət qüvvələrinə dəstək olur.

Yəməndəki toqquşmalar səbəbindən Səudiyyə Ərəbistanı-Yəmən sərhədində deməli hər gün Husilərlə döyüşlər gedir.

Husilər həmçinin Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə ballistik raketlərlə hava hücumları təşkil edir.

Yəmən ərazilərindən atılan raketlər ümumilikdə Səudiyyə Ərəbistanının Hava Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilir.

Әlaqәli Xәbәrlәr