Әfqanıstanda terror aktı törәdildi, ölәn var

Bu barәdә Host vilayәtinin Polis İdarәsi mәlumat verib.

1121579
Әfqanıstanda terror aktı törәdildi, ölәn var

Әfqanıstanın Host vilayәtindә törәdilәn bombalı hücum nәticәsindә iki nәfәr hәlak olub.

Bu barәdә Host vilayәtinin Polis İdarәsi mәlumat verib. Mәlumatda hücumun minalanmış motosikletlә törәdildiyi vurğulanıb.

Host vilayәtindәki Dövlәt Xәstәxanasından verilәn mәlumata görә, hücum nәticәsindә 2 nәfәr hәlak olub, 23 nәfәr isә xәsarәt alıb.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn  olmayıb.



Әlaqәli Xәbәrlәr