Afrika Birliyi Qabonda hərbi çevriliş cəhdini pisləyib

Afrika Birliyi Komissiyası sədri Musa Faqi Məhəmməd sosial media hesabatından Qabonda baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib.

1120668
Afrika Birliyi Qabonda hərbi çevriliş cəhdini pisləyib

"Afrika Birliyi Qabonda bu gün səhər saatlarında baş verən hərbi çevriliş cəhdini qınayır", - deyə Musa Faqi Məhəmməd diqqətə çatdırıb. O vurğulayıb ki, konstitusiyaya zidd istənilən iqtidar dəyişimi legitim deyil. Qeyd edək ki, Qabonda bir qrup hərbçi bu gün səhər saatlarında dövlət radiosunu ələ keçirərək hərbi çevrilişə cəhd etsə də bu uğurlu olmayıb. Üsyançı əsgərləri Qabon Milli Jandarm Müdaxilə Komandirliyi (GIGN) tərəfindən ələ tutulublar.



Әlaqәli Xәbәrlәr