Con Boltonun İsrailə xəbərdarlığı

Qoşunların Suriyadan çıxarılması ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən imtina etdiyini ifadə etmir.

1119939
Con Boltonun İsrailə xəbərdarlığı

Qoşunların Suriyadan çıxarılması ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən imtina etdiyini ifadə etmir.

Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrailə səfəri zamanı bildirib.

Bolton ABŞ-ın Suriyadan geriçəkilmə mövzusunda koordinasiya görüşləri keçirmək üçün İsrailə səfər edib.

İsrailin “Yedioth Ahronoth” qəzetinin xəbərinə görə Bolton Suriyaya xəbərdarlıq edərək deyib: "ABŞ-ın Suriya rejiminin kimyəvi silahdan istifadə etməsinə qarşı mövqeyində heç bir dəyişiklik yoxdur. Bizim kimyəvi silahın istənilən istifadəsinə çox ciddi cavab verilməsi üzrə də mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Buna görə Əsəd rejiminin bu məsələyə dair heç biz illüziyası olmamalıdır. Biz hazırda qoşunların çıxarılmasının həyata keçirilməsi üzrə detallar və şəraitlər üzərində işləyirik, amma biz istəmirik ki, Əsəd rejimi gördüyümüz işləri bizim kimyəvi silahdan istifadəyə qarşı mövqeyimizdən dönməyimiz kimi dəyərləndirsin".

Con Boltonun İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr