Mahmut Abbas Fələstin məsələsində ciddi çətinliklərlə qarşı-qarşıya olduğunu bildirdi

Fələstin Dövlət başçısı Mahmud Abbas Fələstin məsələsində ABŞ, İsrail və “Həmas” ilə həll edilə bilməyən problemlər və ciddi çətinliklərlə qarşı-qarşıya olduğunu söylədi.

1119599
Mahmut Abbas Fələstin məsələsində ciddi çətinliklərlə qarşı-qarşıya olduğunu bildirdi

Fələstin Dövlət başçısı Mahmud Abbas Fələstin məsələsində ABŞ, İsrail və “Həmas” ilə həll edilə bilməyən problemlər və ciddi çətinliklərlə qarşı-qarşıya olduğunu söylədi.

Rəsmi görüşləri çərçivəsində Misirdə səfərdə olan Mahmud Abbas keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavabən deyib ki, "Fələstin məsələsi mövzusunda ABŞ, İsrail və “Həmas” ilə həll edilə bilməyən problemlər var və bunanla bağlı ciddi çətinliklərlə qarşı-qarşıyayıq. Fələstin rəhbərliyi təslim olmayacaq.

ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən sonra amerikalı səlahiyyətlilərlə əlaqəni kəsdiyini və fələstinli səlahiyyətlilərə də hər hansı bir amerikalı səlahiyyətli ilə əlaqə qurmasını qadağan etdiyini bildirən Abbas, "ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra müzakirə edilə biləcək hər hansı bir şey qalmadı" deyə vurğulayıb.

Abbas, ABŞ prezidenti Donald Tramp ilə sonuncusu 2017-ci ildə olmaqla 4 dəfə bir araya gəldiyinə işarə edərək, görüşdə iki dövlətli həll tələb etdiyini və Trampın bunu qəbul etdiyini, ancaq bu görüşdən iki həftə sonra Vaşinqton rəhbərliyinin Qüdsü İsrailin paytaxtı olaraq elan etdiyini bildirdi.

Fələstin məsələsinin həllinin yalnız üç yolla təmin edilə biləcəyini qeyd edən Abbas Fələstinin məsələsinin həllinin ən yaxşı yolunun bütün Fələstin ərazilərində seçkilər keçirmək olduğunu söyləyib.

Abbas "Seçkilərdə məğlub olacağımız təqdirdə hakimiyyəti ölkəyə xidmət göstərənə təhvil verəcəyik” deyib.

Fələstin məsələsiylə əlaqədar son vəziyyəti müzakirə etmək üçün dünən üç günlüyünə Misirə səfərə gedən Abbasın Misir prezidenti Abdulfəttah əs-Sisi və bəzi misirli yüksək səviyyə səlahiyyətlilərlə görüşəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr