Sudanda yeni əskinaslar dövrüyəyə buraxılır

İqtisadi böhranın hökm sürdüyü Sudanda 100, 200 və 500-lük əskinaslar dövrüyəyə buraxılır.

1117502
Sudanda yeni əskinaslar dövrüyəyə buraxılır

Sudan Mərkəzi Bankının rəhbəri Məhəmməd Hayr Zubeyir, paytaxt Xartumda təşkil etdiyi mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, əskinas problemini tədricən həllə qovuşdurmaq üçün Yanvar ayının ikinci yarısından tutmuş 100, 200 və 500-lük əskinaslar dövriyyəyə buraxılacaq. Məsələni aprelin sonuna dək həll etməyə çalışacayıq.

Qeyd edək ki, uzun müddətdən bəri ciddi iqtisadi böhrana qarşı mübarizə aparılan Sudanda ilk dəfə, 50 cüneyhlikdən böyük əskinaslar buraxılır. Ölkədə keçən il bir dollar 20 cüneyh idi. Ancaq infelasiya nisbətinin sürətlə artmasıyla hazırda bir dollar 47 cüneyh seviyyəsindədir. Ölkə də 19 dekabrdan bəri bahalıq və infilyasiyadan etiraz məqsədiylə aksiyalar keçirilir. Prezident Ömər Əl-Bəşirin vəzifədən ayrılması istənilir.



Әlaqәli Xәbәrlәr