Rusiyada qaz sızması nәticәsindә partlayış baş verib

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı  məlumat verib.

1117455
Rusiyada qaz sızması nәticәsindә partlayış baş verib

Rusiyanın Çelyabinsk bölgәsinin  Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 20 nәfәrә  çatıb.

Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı  məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində çox sayda xilasedici axtarış-xilasetmә әmәliyyatlarını davam etdirirlәr.

Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

 



Әlaqәli Xәbәrlәr