Konqoda internetə qadağa

Konqo Demokratik Respublikasının internetə çıxışı dayandırıldı.

1117213
Konqoda internetə qadağa

  Konqo Demokratik Respublikasının internetə çıxışı dayandırıldı.

  Hakimiyyət səbəb olaraq təhlükəzislik məsələlərini göstərdi.

  İki il təxirə salındıqdan, nəhayət, ölkədə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.

  Müxalifdən prezidentliyə namizəd Martin Fayulunun məsələ ilə bağlı deyib: “Hökumət öz namizədinin lehinə seçki nəticələrinə müdaxilə etmək üçün interneti kəsib, təhlükəsizlik səbəbi uydurma müdafiə metodudur. Çünki nəticələr prezident Cozef Kabilanın (Joseph Kabila) namizədi Emmanuel Ramazani Şadari (Shadary) üçün utancvericidir, onun seçilməsi qeyri-mümkündür… Ölkəni 2001-ci ildən bu yana idarə edən və konstitusiyaya görə bir daha namizəd ola bilməyəcək prezident Cozef Kabila seçkiləri 2 ildir təxirə salaraq iqtidarda qalmaqda da haqsızdır."

  Bütün bu deyilənlərə baxmayaraq, hökumətdən rəsmi bir şərh edilməyib.

  Qeyd edək ki, bəzi seçki məntəqələrində sosial media üzərindən sorğunun nəticələri paylaşıldığı üçün internet kəsilib.

  Konqo Mərkəzi Seçki Komissiyası yanvarın 6-da seçkinin ilkin nəticələrini açıqlayacaq.

  Ölkənin şərqindəki Beni və Butembo, qərbindəki Yumbi şəhərlərində isə seçkilər Ebola epidemiyası və təhlükəsizlik çatışmazlığı səbəbiylə 2019-cu ilin martına qədər təxirə salınıb.



Әlaqәli Xәbәrlәr