Banqladeşdə keçirilən seçkilərdə ‘Böyük İttifaq’ qələbə qazandı

Banqladeşdə keçirilən ümumi seçkilərdə iqtidar partiyası Avami Birliyinin lideri Şeyx Hasinanın rəhbərlik etdiyi Böyük İttifaq qələbə qazanıb.

1116447
Banqladeşdə keçirilən seçkilərdə ‘Böyük İttifaq’ qələbə qazandı

Açıqlanan seçki nəticələrinə görə Böyük ittifaq, 300 üzvlü məclisdə 287 yer qazanıb. Milli Birlik İttifaqının lideri Kamal Hüseyn seçkilərdə pozuntular qeydə alındığını, nəticəliri qəbul etməyəcəklərini, Seçki Komissiyasına məsələyə dərhal müdaxilə etməsini tələb edib. Avami Birliyi isə müxalifətin iddialarını təkzib edib.

39 siyasi partiyanın iştirak etdiyi seçkilərdə görülən bütün tədbirlərə baxmayaraq törədilən hadisələrdə 17 nəfər həyatını itirdi 64 nəfər yaralandı.

 



Әlaqәli Xәbәrlәr