Adaların adları niyə dəyişdirildi?

Hindistanın Benqal Körfəzindəki Andaman və Nikobar adalar kompleksindən üç adanın adı dəyişdirildi.

1116402
Adaların adları niyə dəyişdirildi?

  Hindistanın Benqal Körfəzindəki Andaman və Nikobar adalar kompleksindən üç adanın adı dəyişdirildi.

  Hindistanın Baş naziri Narendra Modi Port Blair şəhərində etdiyi çıxışında Ross adasının adının "Netaji Subhas Chandra Bose Dweep", Neilin "Shaheed Dweep" və Havelokun "Swaraj Dweep" olaraq dəyişdirildiyini bildirib.

  Ölkə daxilində siyasətçilər də daxil olmaqla, adaların adlarının niyə dəyişdirildiyi maraq və suallar yaradıb.

  Hindistanın Jammu Kəşmir bölgəsinin əvvəlki Baş naziri Mehbooba Mufti deyib:

  "Ölkəmizdə kənd təsərrüfatı çətinliyi, artan işsizlik, yaşlı qadınların hələ başlarını salacaq bir damı olmadığı zamanda bu ad dəyişikliyi diqqətləri gerçək problemlərdən başqa istiqamətə çəkmək üçün bir hiylə kimi görünür.

  Adaların adlarını dəyişməkdə məqsədin nə olduğunu anlaya bilmirik. Yoxsulluq və inflyasiyanın azaldılmasına yardımcımı olacaq?

  Adətən belə cəhdlər tarixi təhrif etmək üçün hazırlanır.”

  Xatırladaq ki, Allahabad şəhərinin adı 2017-ci ilin oktyabr ayında Prayaqraj olaraq dəyişdirildi. Noyabrda da Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath Faizabad şəhərinin Ayodhya adlanacağını söylədi.



Әlaqәli Xәbәrlәr