Qırmızı dəniz sahillərində “Qızıl dalğa 1”

Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin verdiyi məlumata görə...

1116164
Qırmızı dəniz sahillərində “Qızıl dalğa 1”

  Qırmızı dəniz ölkələri olan Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Sudan, Cibuti və Yəmən birlikdə “Qızıl dalğa 1” hərbi dəniz təliminə başladı.

  Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin verdiyi məlumata görə, dekabrın 30-da Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Sudan, Cibuti, Yəmən Somali müşahidəçilərin də iştirakı ilə “Qırmızı dalğa 1” birgə hərbi dəniz təlimi start götürdü.  

  Səudiyyə Ərəbistanı Qərbi Dəniz Donanmasının komandiri Sakr əl-Harbi SPA-a etdiyi şərhdə bildirib: “Hərbi dəniz təlimi 5 gün davam edəcək. Bu təlim Qırmızı dəniz sahili ölkələrinin birgə ərazi sularının təhlükəsizliyini  qoruması, hərbi əməkdaşlığın gücləndirilməsi və savaş təcrübələrini bölüşmək məqsədi daşıyır.”



Әlaqәli Xәbәrlәr