Ukraynada hərbi vəziyyət ləğv edildi

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin 10 vilayətində hərbi vəziyyət rejiminin başa çatdığını elan etdi.

1114157
Ukraynada hərbi vəziyyət ləğv edildi

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin 10 vilayətində hərbi vəziyyət rejiminin başa çatdığını elan etdi. 

Bunu dövlət başçısı “Twitter” səhifəsində yazıb.

“Yerli saatla 14.00-dan Ukrayna ərazisində hərbi vəziyyət rejimi dayanıb. Dövlətin təhlükəsizliyi ilə bağlı bütün cari vəziyyətə əsaslanaraq bu mənim prinsipial qərarımdır”, - deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanından Mariupol limanına getmək üçün 25 noyabr bazar günü hərəkət edən 3 döyüş gəmisinə, Rus döyüş gəmiləri, Rusiya dəniz ərazi sərhədlərini pozan və bu səbəblə də Azov dənizindəki Kerç boğazı yaxınlığında müdaxilə etmişdi. 
Ukrayna Dövlət başçısı Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə toplantı keçirərək hərbi rejimin qüvvəyə minməsinə dair qərarını imzalamışdı.



Әlaqәli Xәbәrlәr