Rusiya XİN sözçüsü ABŞ əsgərlərinin Suriyadan çıxarılması qərarına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirilən mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın ABŞ əsgərlərinin Suriyadan çıxarılması qərarına münasibət bildirdi.

1114118

 ABŞ tərəfindən qəbul olunan bu  qərarın böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Zaxarova: "Suriya böhranının həllinə töhfə verəcək qərardan sonra baş verən prosesləri yaxından təqib edirik. Lakin qərarın arxasındakı bütün səbəbləri və ABŞ qoşunlarının Suriyadan hansı tarixdə çıxacaqlarını tam olaraq dərk edə bilməmişik" ifadəsini işlətdi.
 
 Zaxarova mətbuatda yayılan xəbərlər əsasında ABŞ-ın Suriyanın Tanaf bölgəsindən 2-3 ay ərzində çıxmasının gözlənildiyini qeyd edərək: "Digər tərəfdən, ABŞ rəsmiləri Suriyadan qoşunların çəkilməsinin ölkədəki koalisiya qüvvələrinin fəaliyyətinin sona çatması mənasına gəlməyəcəyini dəqiq bir şəkildə söylədilər. ABŞ-ın strategiyası ilə bağlı aydın bəyanatlar verilmir" deyə danışdı.
 
 Türkiyənin Suriyada YPG/PKK terror təşkilatına qarşı planlaşdırdığı hərbi əməliyyatlara toxunan Zaxarova: "Suriyadakı həm xarici siyasətlə bağlı fəaliyyətləri, həm də terrorla mübarizə əməliyyatlarını Türkiyə ilə yaxın bir şəkildə koordinasiya edirik" dedi.
 
 Zaxarova, eyni zamanda, ABŞ-ın Əfqanıstandakı əsgərlərini azaltma qərarını dəstəklədiklərinin vurğulayaraq: "Bu qərarın Əfqanıstanda sülh prosesinə yol aça biləcəyini düşünürük" ifadəsini işlətdi.

Әlaqәli Xәbәrlәr