İndoneziyada yeni sunami ehtimalı

İndoneziyada "Anak krakatau" (Krakataunun uşağı) vulkanında baş verən partlayışların və dalğaların yüksəlməsinin müşahidə olunması nəticəsində yeni sunami ehtimalı yarandı.

1113001
İndoneziyada  yeni sunami ehtimalı

İndoneziyada Sumatra və Cava adaları arasında yerləşən Sunda boğazında "Anak krakatau" (Krakataunun uşağı) vulkanında baş verən partlayışların və dalğaların yüksəlməsinin müşahidə olunması nəticəsində yeni sunami ehtimalı yarandı. 

 Bölgə rəsmiləri əhaliyə bununla bağlı xəbərdarlıq etdilər. İnsanlar və xilasedicilər sahil zolağından uzaqlaşdırıldı.
 
 Tanjung Lesungda itkilərin daha çox olduğu bir tətil kəndinə jurnalistlərin girişinə icazə verilmədi. 
 
 İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin (BNPB) yaydığı xəbərdə şənbə günü baş verən sunami nəticəsində bu günə qədər 373 nəfərin öldüyü, 1459 nəfərin yaralandığı və 128 nəfərin də itkin düşdüyü bildirilir.
 
 Rəsmilər bölgədəki "Anak krakatau" vulkanında baş verən partlayışda qopan böyük kütlənin sunamiyə səbəb olduğunu bildirirlər.

Sentyabr ayında vulkan aktivləşmiş, bölgədə ən yüksək ikinci səviyyəli həyəcan siqnalı verilmişdi.

28 sentyabrda Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 gücündəki zəlzələdə və ardından gələn sunamidə 2 mindən çox insan həlak olmuş, 1500-ə yaxın insan itkin düşmüşdü.

 



Әlaqәli Xәbәrlәr