Patrik Şanahan ABŞ Müdafiə naziri vəzifəsini müvəqqəti olaraq icra edəcək

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Müdafiə naziri Cim Mattisin istefasından (Jim Mattis) sonra bu vəzifəni Müdafiə nazirinin müavini Patrik Şanahanın (Patrik Shanahan) müvəqqəti olaraq icra edəcəyini  bildirdi.

1112232
Patrik Şanahan ABŞ Müdafiə naziri vəzifəsini müvəqqəti olaraq icra edəcək

 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp sosial media hesabından Müdafiə naziri vəzifəsi ilə əlaqədar açıqlama yaydı.
 
 Tramp açıqlamasında bunları bildirdi: "Çox bacaraqlı və istedadlı Müdafiə Nazirinin müavini Patrik Şanahan (Patrik Shanahan) 1 yanvar 2019-cu il tarixindən etibarən Müdafiə naziri səlahiyyətlərini daşıyacaq. Müdafiə naziri nüavini kimi və "Boeing"də (Amerika aviasiya və kosmos şirkəti) işləyən Patrikin uğurlarının siyahısı böyükdür. Gözəl olacaq!"
 
 Uzun müddətdir ki, vəzifəsindən gedəcəyi iddia edilən Müdafiə naziri Cim Mattis (Jim Mattis) Trampın keçən həftə Suriyanı tərk etmə qərarından sonra istefa vermişdi.
 
 Tramp "Twitter" hesabından Mattisin istefa qərarına reaksiyasını bu şəkildə ifadə etmişdi:  "Prezident Obama Cim Mattisi utancverici bir şəkildə qovduğu zaman ona ikinci bir şans verdim. Bəziləri bunu etməməyimi məsləhət bildi, lakin bunun lazım olduğuna inanmışdım. Maraqlı bir əlaqədir, amma ona heç malik olmadığı mənbələri də verdim. Müttəfiqlər əhəmiyyətlidir, amma Amerikadan sui-istifadə edincə deyil".



Әlaqәli Xәbәrlәr