ABŞ Suriyadan geriçəkilmə qərarını imzaladı

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) ABŞ əsrgərlərinin Suriyadan çıxarılmasına dair qərarı imzalayıb.

1112297
ABŞ Suriyadan geriçəkilmə qərarını imzaladı

  ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) Amerika əsgərlərinin Suriyadan çıxarılmasına dair qərarı imzalayıb.

  CNN telekanalı Müdafiə Nazirliyi əməkdaşlarına əsaslanaraq verdiyi xəbərə görə, yanvar ayında vəzifəsindən ayrılacaq Ceyms Mattis ABŞ əsgərlərinin Suriyadan çıxma qərarını imzalayıb. Qərara görə, Amerika hərbçiləri Suriyadan qarşıdakı həftələrdə çıxmağa başlayacaq və bu proses bir neçə həftə sürəcək.

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyadan çəkilmə qərarını açıqladıqdan sonra Müdafiə naziri Ceyms Mattis istefa edəcəyini bildirmişdi.

  Digər tərəfdən, ABŞ-ın Kentutti ştatının senatoru Rand Paul ölkənin CNN telekanalına Suriyadan çəkilmə qərarı ilə bağlı verdiyi açıqlamada deyib:

  “Başqa ölkələrdə hakimiyyəti dəyişmək ABŞ-ın işi deyil. Tramp ABŞ-ın İraqa girməsini də “ən böyük xarici siyasət faciəsi” adlandırmaqda haqlıdır. Amma ABŞ generallarının İraqa girməsi səhv addım deyil. Mən prezidentimlə fəxr edirəm: vədlərilə yerinə yetirdikləri üst-üstə düşür və zənnimcə, hər kəs də onunla razıdır. Uzun müddətdir müxtəlif yerlərdə hərb edirik və trilyonlarla dollar xərcimiz çıxıb. O, fərqli biridir və bu səbəbdən də seçkidə qələbə qazandı.”

  D.Tramp “twitter” səhifəsində R.Paulun bu sözlərinə təşəkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr