ABŞ Əfqanıstandan 7 min əsgərini çıxarır

ABŞ prezidenti Donald Trampin, Suriyadan sonra Əfqanıstandan da 7 mindən çox əsgəri çıxaracağı irəli sürülüb.

1110992
ABŞ Əfqanıstandan 7 min əsgərini çıxarır

ABŞ mətbuatının adları açıqlanmayan rəsmilərə istinad etdiyi xəbərlərinə görə, ABŞ Əfqanıstandakı qoşunun 50%-ni ölkədən çıxaracaq.

Rəhbərliyin qərarının Suriyadan çıxacağını açıqladıqdan sonra qəbul edilmisinə diqqət çəkilərkən, rəsmilir Trampin Yaxın Şərqdəki qarşıdurma bölgələriylə əlaqəli strategiya dəyişdirdiyi nəzərindən müdafiə edirlər. Səlahiyyətlilərin məlumatına görə Əfqanıstandan əsgərlərin çıxarılmaları işi bir neçə həftə ərzində başlayacaq.

Qeyd edək ki, ABŞ-nın Əfqanıstanda yerləşdirdiyi  əsgər sayı hazırda 14 mindən çoxdur.

 



Әlaqәli Xәbәrlәr