Taliban qruplaşması hәrbi bölmәyә hücum etdi, ölәn var

Bu barәdә Zavur Valiliyinin mәtbuat katibi Gul İslam Siyal mәlumat verib.

1110414
Taliban qruplaşması hәrbi bölmәyә hücum etdi, ölәn var

Әfqanıstanda Taliban qruplaşmasının hәrbi bölmәyә tәşkil etdiyi hücum nәticәsindә üç әsgәr hәlak olub.

Bu barәdә Zavur Valiliyinin mәtbuat katibi Gul İslam Siyal mәlumat verib. Gul İslam Siyal jurnalistlәrә verdiyi açıqlamada Taliban üzvlәrinin Argandabın Dervaze bölgәsindәki hәrbi bölmәyә hücum etdiyini söylәyib.

Hücum nәticәsindә  üç hәrbçinin hәlak olduğunu bildirәn Siyal  iki hәrbçinin dә xәsarәt aldığını vurğulayıb.

Siyal hadisәdәn sonra baş verәn qarşıdurma nәticәsindә 8 Taliban üzvünün öldürüldüyünü, 12-nin dә yaralandığını sözlәrinә әlavә edib.

Taliban qruplaşması isә hücum nәticәsindә 14 hәrbçinin hәlak olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr