ABŞ senatorları prezident Trampın Suriyada çıxma qərarına reaksiya göstərdilər

Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxma qərarı barəsində Ağ Ev ilə eyni fikirdə olmayan bəzi kongres üzvləri sözügedən qərara reaksiya göstərdilər.

1110396
ABŞ senatorları prezident Trampın Suriyada çıxma qərarına reaksiya göstərdilər

Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxma qərarı barəsində Ağ Ev ilə eyni fikirdə olmayan bəzi kongres üzvləri sözügedən qərara reaksiya göstərdilər.

  Donald Trampın güclü dəstəkçilərindən olan respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) sosial media hesabında bölüşdüyü ismarışında Suriyadan çıxmanın ABŞ üçün regionda və dünyada dağıdıcı nəticələr doğuracağını bilirdi.

Qrem: "Amerikanın çıxması DEAŞ, İran, Bəşər Əsəd rejimi və Rusiya üçün böyük qazanc olacaq" ifadəsini işlətdi.

  Kolarado senatoru Kori Qardner (Cory Gardner) də Trampı çəkilmə qərarından təcili olaraq imtina etməyə və ABŞ-ın milli təhlükəsizliyini qoruyan Suriya strategiyası ilə bağlı konqreslə məsləhətləşməyə çağırdı.

 ABŞ mediasına müsahibə verən respublikaçı senator Marko Rubio (Marco Rubio)  qərarın təəccüblü olduğu qədər gələcək aylarda və illərdə mühüm əks-səda doğuracaq böyük birh səhv olduğunu irəli sürdü.

 ABŞ Nümayəndələr Palatasının üzvü Ted Lui isə alınan qərardan razı qaldığını ifadə etdi.

  Lui: "Nə sabiq prezident Barak Obama, nə də Tramp rəhbərliyinin strategiyası yoxdur. Hər iki rəhbərlik Suriyada olmağımızın səbəbini, nəticədə hansı dövlətin qurulacağını və buna necə nail olacağımızı izah edə bilməz" dedi.

 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Twitter" hesabından verdiyi açıqlamada: "Prezident olduğum dövrdə Suriyada olmağımızın yeganə səbəbi olan DEAŞ-ı məğlub etdik" ifadəsini işlətmişdi.

 Ağ Ev sözçüsü  Sara Sanders (Sarah Sanders) də: "DEAŞ- la mübarizənin yeni mərhələsinə qədəm qoyulduğu bir zamanda ABŞ əsgərlərini ölkəyə geri çağırmağa başladıq" məlumatını vermişdi.

 Amerikan mediasının Dövlət Departamentinin rəsmilərinə əsaslanaraq yadığı xəbərlərdə isə Dövlət Departamentinin Suriyadakı bütün şəxsi heyətinin 24 saat ərzində, ABŞ-ın Suriyadakı əsgərlərinin də 60 -100 gün ərzində ölkəni tərk edəcəyi  bildirilmişdi.



Әlaqәli Xәbәrlәr