Fransada işəgötürənlərin çoxu "sarı jiletlilər"i dəstəkləyir

Fransada keçirilən sorğu nəticəsində işəgötürənlərin 65%-nin "sarı jiletlilər"i dəstəklədiyi müəyyən olundu.

1110015
Fransada işəgötürənlərin çoxu "sarı jiletlilər"i dəstəkləyir

 Fransada keçirilən sorğu nəticəsində işəgötürənlərin 65%-nin "sarı jiletlilər"i dəstəklədiyi müəyyən olundu.
 
 "Opinionway" araşdırma şirkətinin "Europe 1" radiosu üçün apardığı sorğuya görə, işəgötürənlərin 72%-i prezident Emmanuel Makronun yürütdüyü siyasətdən narazıdır.
 
 Makronun vəzifəyə gəldiyi 2017-ci ilin may ayında işəgötürənlərin 75%-i Makrondan razı idi.
 
 Son sorğuda isə sahibkarların 65%-i "sarı jiletlilər"ə dəstək verdiklərini bildirib.
 
 Bununla bərabər, işəgötürənlərin 70%-i "sarı jiletlilər"in etirazlarının şirkətlərin iqtisadiyyatına ciddi şəkildə təsir etdiyini ifadə ediblər.
 
 İşəgötürənlərin 47%-i ölkə iqtisadiyyatının gerilədiyini düşünür, 8%-nə görə isə ölkə iqtisadiyyatı inkişaf edir.
 
 6-12 dekabr tarixlərində aparılan sorğuda  604 işəgötürən iştirak edib.
 
Qeyd edək ki, Fransada yanacaq qiymətlərinin artırılmasına və iqtisadi şərtlərin pisləşməsinə reaksiya olaraq 17 noyabrda başlayan, sonra Makron hakimiyyətinə qarşı hiddətə çevrilən "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən güçlü etirazları sayılır.
 
 Aksiyalarda bu ana qədər 8 nəfər həlak olub, təxminən 4 min 341 nəfər saxlanılıb, mindən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr