Rusiyanın ABŞ-a xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr (INF) sazişini pozacağı tədirdə Rusiyanın təhlükəsizliklə bağlı tədbirləri artıracağını bildirdi.

1109425
Rusiyanın ABŞ-a xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr (INF) sazişini pozacağı tədirdə Rusiyanın təhlükəsizliklə bağlı tədbirləri artıracağını bildirib.

Putin bunu Müdafiə Nazirliyinin iclasında deyib.

Putin iclasda etdiyi çıxışda müasir silah və təchizatlarla gücləndirilmiş rus ordusundakı hərbi qüvvələrin planlaşdırıldığı kimi yeni dövlət silahlanma proqramına uyğun inkişaf etdiyini vurğulayıb.

Dünyada misilsiz olan yeni silahların inkişfında ciddi və əhəmiyyətli addımlar atdıqlarını deyən Putin bildirib ki, “Avanqard” raket kompleksinin seriya istehsalının başlanması, “Sarmat” yeni qitələrarası ballistik raketinin müvəffəqiyyətli sınaqları, “Xəncər” hipersonik kompleksinin təcrübə-döyüş növbəsinin icrası, həmçinin “Peresvet” döyüş lazer komplekslərinin praktiki tətbiqindən söhbət gedir.

Prezidentin sözlərinə görə, raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gələn daha sürətli və müasir silahlara keçmək lazımdır.

"Rusiyanın yaxın onilliklər ərzində təhlükəsizliyini təmin edən modern silahlar hədə-qorxu tonunda danışmağa öyrəşənləri düşündürəcək"-deyə Putin vurğulayıb.

Son bir ildə NATO-nun Rusiya sərhədlərində hərbi strukturunu genişləndirdiyini qeyd edən Putin bildirib ki, ABŞ-ın INF sazişindən çıxacağını açıqlaması da ciddi narahatlığa səbəb oldu. Belə bir addımın çox mənfi nəticələri olacaq, regional və qlobal təhlükəsizliyi müəyyən şəkildə zəiflədəcək.

ABŞ-ın sazişdən tək tərəfli çıxmağa bəhanə kimi Rusiyanın sazişə əsaslanan məsuliyyətlərini yerinə yetirmədiyini göstərdiyini xatırladan Putin Rusiyaya yönəldilən bu ittihamın əsassız olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr