BMT Baş Mәclisi Qaçqınlara dair Qlobal Müqavilәni qәbul etdi
Mәlumata görә, 181 ölkә sәnәdin lehinә sәs verib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisi Qaçqınlara dair Qlobal Müqavilәni qəbul etdi.
İki il davam edәn müzakirәlәrdәn sonra Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisi qaçqınlara dair qlobal sәnәdi sәsvermәyә çıxardı. 181 ölkә müqavilәnin lehinә, Amerika Birləşmiş Ştatları isə әleyhinә sәs verdi.
Qaçqınlar haqqında qlobal müqavilə qaçqın qəbul edən ölkələrin yükünü yüngülləşdirməyə və onların öz-özünü təminetmə qabiliyyətini yaxşılaşdırmağayönəlib. Sənəd həm də qaçqınların çıxdıqları ölkələrdə təhlükəsiz evə qayıtmaq üçün şəraitin yaradılmasını nəzərdə tutur.
Qeyd edәk ki, Macarıstan da müqavilәnin әleyhinә sәs verib. Dominikan, Eritreya vә Liviya isә bitәrәf qalıb.
Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığının mәlumatına görə, dünyada 25,4 milyondan çox qaçqın var ki, onların әksәriyyәti yalnız 10 ölkәdә yaşayır. Təkcə Türkiyә 3,5 milyon qaçqına ev sahibliyi edir.
Әlaqәli Xәbәrlәr

Somalidә güclü partlayış törәdilib
Somalinin paytaxtı Moqadişodakı restoranlardan birinin qarşısında partlayış törәdilib.