Almaniyada etiraz aksiyaları başladı

Mərkəzi ABŞ-da olan e-ticarət və bulud informasiya şirkəti Amazonun Almaniyada fəaliyyət göstərən iki fərqli şirkətinin işçiləri əmək haqqlarının az olmasına etiraz məqsədiylə tətil başlatdılar.

1109271
Almaniyada etiraz aksiyaları başladı

Almaniya xəbər agentliyi DPA-nın məlumatına görə, ölkənin qərbindəki Leipzig və Werne şəhərlərindəki işçilər birinci gündən tutmuş aksiya keçirirlər. Etiraz aksiyalarının Milatdan bir həftə əvvəl başlaması, sifarişlərin vaxtında çatdırılmasına zərbə endirəcək.

İşçiləri təmsil edən Ver.di həmkarlar ittifaqına görə Amazon şirkəti işçiləri Almaniyadakı digər pərakəndə və poçt işçilərinə müqayisədə daha az əmək haqqı alırlar.

Amazon isə işçilərinin, sektorun digər şirkətləriylə müqayisədə maaşlarının daha yüksək olduğunu irəli sürüb.



Әlaqәli Xәbәrlәr