İslam Əməkdaşlıq Təşkilatı Avstraliyanın Qüdslә bağlı qәrarına reaksiya göstәrdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  Avstraliya Baş naziri Skot Morrisonun (Skot Morrisonun) Qüdsün qәrbinin İsrailin paytaxtı olaraq tanınması ilә bağlı qәrarını qınadı.

1108286
İslam Əməkdaşlıq Təşkilatı Avstraliyanın Qüdslә bağlı qәrarına reaksiya göstәrdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  Avstraliya Baş naziri Skot Morrisonun (Skot Morrisonun) Qüdsün qәrbi ilә bağlı qәrarını qınadı.

İslam Әmәkdaşlıq Tәşkilatından verilәn bәyanatda  Skot Morrisonun Qüdslә bağlı qәrarının  Birlәşmiş Millәtlәr Tәşkilatının qәtnamәlәrinә zidd olduğu bildirilib.

Bәyanatda Qüdsün bütün beynəlxalq qərarlara әsasәn  işğal edilmiş Fələstin torpaqlarının bir parçası olduğu qeyd edilib.

İslam Әmәkdaşlıq Tәşkilatı Avstraliyaya  beynәlxalq qәrarlara hörmәt  etmәlәri  vә Qüdslә bağlı qәrarlarını  yenidәn nәzәrdәn keçirmәlәri ilә bağlı çağırış edib.

Digәr tәrәfdәn Fәlәstin Milli Şurası da  Avstraliyanın Qüdslә bağlı qәrarını qınadı. Fәlәstin Milli Şurasından verilәn bәyanatda bildirilib ki, qәbul edilәn  qәrar  beynәlxalq qanun normalarını aydın şәkildә pozur.   

Qeyd edәk ki, Avstraliyanın Baş naziri Skot Morrison dünәn verdiyi bәyanatda hökumәtinin Qüdsün qәrbini İsrailin paytaxtı olaraq tanımağa qәrar verdiyini bildirmişdi.

Skot Morrison Avstraliya hökumәtinin Qüdsün qәrbini İsrailin paytaxtı olaraq tanıyacağını vә sәfirliyini İsrail-Fәlәstin sülh müqavilәsi әldә olunanadәk buraya köçürmәyәcәyini  söylәmişdi.



Әlaqәli Xәbәrlәr