NATO-nun baş katibi Kosovo ordusunun yaradılmasının əleyhinədir

NATO-nun Baş katibi Yens Stoltenberq xüsusi bəyanatında Kosovo hakimiyyətinin milli ordu yaratmaq istiqamətində addımlarının təəssüf doğurduğunu deyib.

1107193

Kosovoda təhlükəsizlik qüvvələrinin orduya çevrilməsi prosesinə təkan verən üç qanun qəbul olunub.

NATO baş katibinin mətbuat xidməti tərəfindən Brüsseldə yayımlanan bəyanatında deyilir ki, təəssüf edirəm ki, NATO-nun narahatlığının əksinə olaraq belə qərar verilib. Kosovonun təhlükəsizlik qüvvələrini orduya çevirmək barədə qərar verməyə prinsip olaraq ixtiyarı çatsa da, biz pis vaxt seçildiyini aydın şəkildə göstərmişik.

Qeyd edək ki, Kosovo parlamentinin cümə günü qəbul etdiyi qanun layihələri təhlükəsizlik qüvvələrinin sayının iki dəfə artırılaraq 5 min nəfərlik tam həcmli peşəkar orduya çevrilməsini nəzərdə tutur.

Kosovo prezidenti Haşim Taçinin də imzalamasından sonra Kosovonun təhlükəsizlik qüvvələri orduya çeviriləcək.

Әlaqәli Xәbәrlәr