"Brexit" müqaviləsi yenidən müzakirə olunmayacaq

Avropa İttifaqı Böyük Britaniyanın ayrılma prosesini tənzimləyən "Brexit" müqaviləsinin yeni müzakirələrə açıq olmadığını bildirdi.

1106836
"Brexit" müqaviləsi yenidən müzakirə olunmayacaq

Avropa İttifaqı Böyük Britaniyanın ayrılma prosesini tənzimləyən "Brexit" müqaviləsinin yeni müzakirələrə açıq olmadığını bildirdi.

 Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər toplantısında qəbul olunnan "Brexit"ə dair yekun bəyannamədə üzv dövlətlərin daha əvvəl qəbul edilən 585 səhifəlik "ayrılma müqaviləsinin" arxasında dayandığı və sənədin təsdiq olunma prosedurunun davam edəcəyi bildirildi.
 
 Bəyannamədə sözügedən müqavilənin yenidən müzakirəyə açıq olmadığına diqqət çəkilərək deyilir: "Avropa Şurası Böyük Britaniya ilə gələcəkdə yüksək səviyyədə əməkdaşlıq etməyə hazır olduğunu bir daha bildirir. Aİ üzvləri ayrılıq müqaviləsinin imzalanmasından dərhal sonra hazırlıqlara başlaya bilər. Beləliklə, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra danışıqlara ən qısa müddətdə başlanması üçün təminat veriləcəkdir". 
 
 Qəbul olunan sənəddə Aİ üzvü olan İrlandiya Respublikası ilə İngiltərənin hissəsi olan Şimali İrlandiya arasında "Brexit"dən sonra fiziki sərhəd yaranmasının qarşısının alınmasını hədəfləyən "tədbir maddəsi" ilə bağlı: "Avropa Şurası "tədbir maddəsi"nin İrlandiya adasında konkret sərhədin yaranmasına qarşı və "bir bazar" bütövlüyünün təmin edilməsi üçün sığorta maddəsi olaraq hazırlandığını vurğulayır" deyilir.
 
 Bəyannamədə  Aİ-nin 31 dekabr 2020-ci ildən sonra münasibətləri tənzimləyəcək fərqli aktlar ehtiva edən müqavilə üzərində sürətlə və intensiv işləməyə hazır olduğuna diqqət çəkilərək: "Tədbir maddəsi" konkret sərhədin qorunmasını təmin edən  bir müqavilə bağlanana qədər bir müddət  tətbiq olunacaq müvəqqəti bir tədbir olacaq. Belə bir vəziyyətdə, Aİ "tədbir maddəsi"nin yerinə keçəcək müqaviləni müzakirə etmək və başa çatdırmaq üçün səy göstərəcək" ifadələri işlədilir.
 
 "Brexit" müqaviləsinin "tədbir maddəsi"  Böyük Britaniyanın qeyri-müəyyən müddətə Aİ və Gömrük Birliyinin tərkibində qalmasını nəzərdə tutur.
 
Böyük Britaniyanın birtərəfli şəkildə Avropa İttifaqından çıxa bilməyəcəyi qeyd olunan bu tənzimləmənin şərtlərinə görə, ölkə bəzi Aİ qaydalarına da tabe olmağa davam etməlidir.



Әlaqәli Xәbәrlәr