“Bunu etiraz aksiyasına kölkə salmaq üçün rəhbərlik planlaşdırdı”

Fransada “sari jiletlilər” Strasburq şəhərində srağa gün axşam radələrində həyata keçirilən hücumu şənbə günü keçirəcəkləri yeni etiraz aksiyasına kölkə salmaq üçün rəhbərliyin planlaşdırdığını irəli sürdü.

1105867

“Sarı jiletlilər” bildiriblər ki, Strasburqda həyata keçirilən hücum prezident Makronun açıqlamasının ertəsi günü və şənbə günü keçiriləcək nümayişdən bir neçə gün əvvəl həyata keçirildi. Bu,  təsadüf ola bilməz. Hücumu şənbə günü keçiriləcək etiraz aksiyasına kölkə salmaq məqsədilə Fransa rəhbərliyi planlaşdırdı.

Fransanın daxili işləri üzrə Dövlət naziri Laurent Nunez “France İnter” radiosunda həmin mövzuyla bağlı suala cavabında deyib ki, belə şəylər necə deyilir, bu açıqlamalar məni çox qəzəbləndirdi.

Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburqun 29 yaşlı sakini şəhərin mərkəzində yeni il yarmarkasında ətrafdakı insanlara atəş açıb. İnsident nəticəsində 2 nəfər həlak olub, 6-sı ağır olmaqla 12 nəfər yaralanıb.

Digər tərəfdən, “Fransada “sari jilətlilər” Strasburq şəhərində srağa gün axşam radələrində həyata keçirilən hücumu şənbə günü keçirəcəkləri yeni etiraz aksiyasına kölkə salmaq üçün rəhbərliyin planlaşdırdığını irəli sürdü.

Digər tərəfdən ”sarı jiletlilər" sosial şəbəkə vasitəsilə şənbə günü başda Paris olmaqla ölkə miqyasında yeni nümayiş keçirəcəklərini elan etdilər.

Әlaqәli Xәbәrlәr