Niderlandda indi də “qırmızı jiletlilər”in aksiyaları başlanır
Hollandiya "sarı jiletlilər”in aksiyalarından sonra indi də "qırmızı jiletlilər”in etiraz nümayişlərinə səhnə olur.
1105145

“Qırmızı jiletlilər” bazar günü Utrext (Utrecht) şəhərində hökumət əleyhinə mitinqlərə hazırlaşır.
“Qırmızı jiletlilər”in sosial media hesabında yazılan məlumata görə, Fransada “sarı jiletlilər” tərəfindən başlayan və daha sonra Hollandiyaya yayılan aksiyalara irqçilər nəzarət edir. Buna görə adını “qırmızı jiletlilər” qoyublar.
Hollaniyanın baş naziri Mark Rutte hökumətini tənqid edən yazılarda "sosial Niderland" yaradılması çağırışı edilib.
Qeyd edək ki, Hollandiyada iki həftədən bəri irqçi qrupların çağırışına toplanan “sarı jiletlilər” BMT-nin qlobal miqrasiya paktı, pensiya yaşı, səhiyyə, təhsil xərcləri və immiqrasiya problemi kimi məsələlərlə əlaqədar hökumətin izlədiyi siyasətə etiraz bildirirlər.