BMT Baş katibi Qutarres Yəmən mövzulu yığıncaqda iştirak edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres, İsveçdə keçirilən Yemen mövzulu yığıncaqların yekun iclasına qatılacaq.

1105487
BMT Baş katibi Qutarres Yəmən mövzulu yığıncaqda iştirak edəcək

BMT-nin mövzu ilə bağlı bəyanatında bildirilib ki, İsveçdə davam edən Yəmən mövzulu toplantı 13 Dekabrda yekunlaşacaq. BMT Baş katibi Quterres həmin gün yığıncağın yekun iclasında çıxış edəcək.

Qeyd edək ki, İsveçin paytaxtı Stockholmdən 77 kilometr məsafədə yerləşən Rimbo rayonunda 6 Dekabrda start götürən və Yəmən məsələsi ilə bağlı danışıqlar edilən yığıncaq çərçivəsində BMT-nin  Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths ölkənin legitim hökumətinin nümayəndələri və Husilər ilə görüşlər keçirir. Yəməndə sülhün bərpası və xalqın izdirabını yüngülləşdirmək başda olmaqla bir çox problemə   həll  yolu  tapmağa  çalışır.



Әlaqәli Xәbәrlәr