“Belə bir şey eşitmədim, ona görə şərh də söyləyə bilməyəcəyəm", D.Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti (ABŞ) Donald Tramp ABŞ xarici kəşfiyyat qurumu – CİA-nın Camal Xaşoqci hesabatı və Senatın reaksiyalarına baxmayaraq, vəliəhd şahzadə Məhəmməd ibn Salman ibn Əbdüləziz əl-Suudun tərəfində olduğunu söylədi.

1105316

  “Oval Ofis”də jurnalistlərin suallarını cavablandıran D.Tramp “Reuters” müxbirinin Camal Xaşoqci cinayətində vəliəhd şahzadənin barmağının olub-olmadığı sualına cavab verməyib, sadəcə “O, Səudiyyə Ərəbistanının rəhbəridir. Səudiyyə Ərəbistanı olduqca yaxşı bir müttəfiqdir" deyib.

  "Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhd şahzadəni dəstəkləməkdirmi?” sualına isə "Bəli, bu gün bu, qətiyyətlə belədir" deyə cavab verib.

  ABŞ prezidenti əmin şəkildə “vəliəhd şahzadə Salmanın Camal Xaşoqci cinayətilə əlaqəsi yoxdur" deyib.

  “Reuters” müxbirinin “Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Salmanın kral olacağını qəbul etmir, amma onun kral rolunu ABŞ və Trampın müəyyənləşdirəcəyi görünür” sözlərinə Tramp belə bir cavab verib: “Belə bir şey eşitmədim, ona görə şərh də söyləyə bilməyəcəyəm. Eşitdiyim budur ki, Salman güclü şəkildə hakimiyyətdədir”.

  Qeyd edək ki, ABŞ xarici kəşfiyyat qurumu – CİA ötən ay Camal Xaşoqcinin öldürülməsi göstərişinin Məhəmməd ibn Salmanın verdiyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr