Vladimir Putinlə Angela Merkel arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə Ukrayna ilə Azov dənizində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıb.
1104904

Kremldən verilən yazılı məlumatda Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığının olduğu bildirilir.
Liderlərin telefon görüşündə Rusiya ilə Ukrayna arasında Azov dənizində yaşanan gərginliyin müzakirə olunduğu qeyd edilir.
Azov dənizi və Qara dənizdə gərginliyin azaldılmasının iki ölkənin də mənfəətinə olduğu mövzusunda fikir birliyi nümayiş etdirən liderlərin Suriya böhranına da toxunduqları deyilir.
Məlumata görə, Putin və Merkel ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çəkilməsi məsələsini də dəyərləndiriblər.
Әlaqәli Xәbәrlәr

ABŞ prezidenti Co Bayden Angela Merkel ilə görüşüb
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Almaniya kansleri Angela Merkel ilə görüşüb.