Avropa İttifaqından "Brexit" açıqlaması:"Bu, mümkün olan ən yaxşı və yeganə razılaşmadır"

Avropa İttifaqı Şurasının sədri Donald Tusk  13-14 dekabr tarixlərində  keçiriləcək Avropa İttifaqının Liderlər sammitinin gündəm məsələləri arasına "Brexit"in də əlavə olunduğunu  bildirdi.

1104385
Avropa İttifaqından "Brexit" açıqlaması:"Bu, mümkün olan ən yaxşı və yeganə razılaşmadır"

Avropa İttifaqı Şurasının sədri Donald Tusk  13-14 dekabr tarixlərində  keçiriləcək Avropa İttifaqı Liderlər sammitinin gündəm məsələləri arasına "Brexit"in də əlavə olunduğunu  bildirdi.
 
Tusk "Twitter" hesabı vasitəsilə  bu açıqlamanı verdi: "Brexit" müqaviləsini və tədbir maddəsini yenidən müzakirə etməyəcəyik. Bu müqavilənin İngiltərə tərəfindən təsdiqləməsi prosesinin optimallaşdırılması məsələsinə baxacağıq. Vaxt daralır, bu səbəbdən Aİ-nin "müqaviləsiz ssenari"yə nə dərəcədə hazır olduğunu da müzakirə edəcəyik".
 
 "Tədbir maddəsi" Aİ üzvü İrlandiya Respublikası ilə İngiltərənin hissəsi olan Şimali İrlandiya arasında  "Brexit"dən sonra fiziki sərhəddin yaranmasının qarşısını almağı nəzərdə tutur. 
 
Bu maddə ilə bütün  Böyük Britaniya qeyri-müəyyən müddətdə  Aİ və Gömrük İttifaqının tərkibində qalacaq.
 
 Digər tərəfdən, Avropa İttifaqı Komissiyasının sözçüsü Mina Andreeva da İngiltərə ilə yeni bir "Brexit" müqaviləsinin müzakirə edilməyəcəyini bildirdi.
 
Andreeva bunu Aİ Komissiyasında keçirilən gündəlik mətbuat konfransında dilə gətirdi.

 İngiltərənin 29 mart 2019-cu il tarixindən etibarən ayrılacağını xatırladan sözçü: "Brexit"lə  əlaqədar Avropa İttifaqı Şurası tərəfindən noyabrın 25-də təsdiq edilmiş müqavilə vardır. Aİ Komissiyasının sədri Jan Klod Yunkerin (Jean-Claude Juncker) dediyi kimi, bu, mümkün olan ən yaxşı və yeganə razılaşmadır. Yeni müqaviləni müzakirə etməyəcəyik" deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr