Kristof Kastaner: "İslam Fransanın bir parçasıdır"

Fransa İslam Şurası ölkədəki müsəlman qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə paytaxt Parisdəki Ərəb Dünyası İnstitutunda "Müsəlmanlar Konqresi" keçirdi.

1104138
Kristof Kastaner: "İslam Fransanın bir parçasıdır"


 Fransa İslam Şurası ölkədəki müsəlman qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə paytaxt Parisdəki Ərəb Dünyası İnstitutunda "Müsəlmanlar Konqresi" keçirdi.
 
 Ölkədə ilk dəfə keçirilən konqresdə Fransa Daxili İşlər naziri Kristof Kastanerlə (Christophe Castaner) yanaşı,  Paris Polis rəisi Mişel Delpüex (Michel Delpuech), sabiq nazir və Ərəb Dünyası İnstitutunin direktoru Jak Lanq  (Jack Lang), Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, CFCM sədri və idarə heyətinin üzvləri, İl-de Frans( Ile-de-France) Bölgə Rəhbəri  Valeri Pekress (Valerie Pecresse), sabiq nazir və Fransa İslam Fondunun prezidenti Jan-Pyer Şevenement (Jean-Pierre Chevenement), senator Natali Qule (Natali Ghoulet), müsəlman icmasının nümayəndələri və çox sayda dəvətli iştirak etdilər.
 
 Kristof Kastaner çıxışında müsəlmanlara edilən təhqirin, respublikaya edilən təhqir mənasına gəldiyini, islamofobik hücumlara tolerantlıq göstərilməməsinin vacibliyini vurğuladı.
 
Kastaner: "İslam Fransanın bir hissəsidir" deyərək, Fransada müsəlmanlığın azad bir şəkildə yaşana biləcəyini söylədi.
 
 Ölkədə ekstremist fikirlərə qarşı da mübarizənin vacibliyini qeyd edən Kastaner bunun üçün cəmiyyətin intellektual şəkildə maarifləndirilməsinin əhəmiyyətindən danışdı. 
 
 Valeri Pekress (Valerie Pecresse) də fransızların dinlərini azad şəkildə yaşamasının, ölkədə hər bir dinin eyni hüquqlara malik olmasının əhəmiyyətinə toxundu.
 
 Senator Natali Qule (Natali Ghoulet) isə respublikada müsəlmanların yerinin mübahisəsiz olduğunu dedi, müsəlmanların ölkə siyasətinə daxil olmalarının əhəmiyyətini vurğuladı.
 
 Paris Məscidinin rəhbəri Dalil Bubaker (Dalil Boubakeur) də cəmiyyətdə yaşanan problemlərin mənbəyinin müsəlmanlar olmadığını söylədi.



Әlaqәli Xәbәrlәr