Fransada "sarı jiletlilər"in nümayişləri davam edir

Fransada yanacağın bahalaşmasına reaksiya ilə başlayan, lakin daha sonra prezident Emmanuel Makrona və hökumətə qarşı qəzəbə çevrilən “sarı jiletlilər”in etirazları paytaxt Parisin küçələrini qarışdırdı.

1103134
Fransada "sarı jiletlilər"in nümayişləri davam edir

Fransada yanacağın bahalaşmasına reaksiya ilə başlayan, lakin daha sonra prezident Emmanuel Makrona və hökumətə qarşı qəzəbə çevrilən “sarı jiletlilər”in etirazları paytaxt Parisin küçələrini qarışdırdı.

Fransa Daxili İşlər naziri Kristof Kastaner (Christopher Castaner) təşkil etdiyi mətbuat konfransında ölkə səviyyəsində 125 min insanın qatıldığı mitinqlərdə çıxan hadisələrdə 974 nəfərin nəzarətə götürüldüyünü və 17-si polis olmaqla, 118 nəfərin yaralandığını açıqladı.

“Sarı jiletli“lər hökumətin mitinqləri dayandırma çağırışlarına və yanacağın qiymətinin artırılmasını gələn il üçün dondurulması qərarına baxmayaraq, başda Parisdə olmaqla, ölkə səviyyəsində Makron və hökumətinin siyasi və iqtisadi strategiyalarına qarşı reaksiyalarını dilə gətirmək məqsədilə küçələrə axın etdilər.

Nümayişçilər ötən gün yerli saatla 07.00 –da Parisin simvollarından biri olan Yelisey çölləri prospektində (Champs-Elysees) toplaşmağa başladılar.

Polis nümayişçiləri yoxladıqdan sonra onların prospektə çıxmasına  icazə verdi.

"Makron istefa" şüarları səsləndirən “sarı jiletlilər”lə polis arasında gərginlik yarandı.

Nümayişçilər günorta saatlarında təhlükəsizlik əməkdaşlarının sağlam düşüncə çağırışlarına baxmayaraq, ətrafdakı prospektlərə girdilər, ara küçələrdə polisə daş və şüşə atdılar, çox sayda nəqliyyat vasitəsini yandırdılar.

Bunlardan sonra prospektə zirehli polis maşınları göndərildi.

Respublika (Republique) və Opera kimi fərqli səmtlərdə də hərəkət edən nümayişçilər bir çox mağazanı talan etdilər və ətrafa zərər verdilər.

Ölkənin bir sıra şəhərində nümayişlər səbəbindən bir çox küçə nəqliyyata bağlanıldı.

Ölkə daxilində 89 min, Parisdə isə 8 min polis 12 zirehli maşınla nümayişlərə nəzarət etdi.

Nümayişlər zamanı Yelisey çölləri prospektində mağazalar və restoranlar, yaxınlıqdakı muzeylər, Parisin simvollarınndan biri olan Eyfel qülləsi bağlandı, Garnier və Bastille Opera Teatrları programlarını  ləğv etdilər.

Fransa Birinci Futbol Liqasında Paris Saint-Germain (PSG) ilə Montpelliər arasında sabah paytaxtda oynanması planlaşdırılan qarşılaşma da təxirə salındı.

Nümayişlər zamanı təxminən 30 metro stansiyasının fəliyyəti dayandı.

Qeyd edək ki, noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən şiddətli etirazına çevrilib.

Nümayişçilər Fransa prezidenti Emmanuel Makrondan yanacaq vergilərinin azaldılmasını və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər.

Dekabrın 1-də paytaxt Parisin Yelisey çölləri prospekti (Champs-Elysees)  ətrafında minlərlə insanın iştirak etdiyi aksiyada polisin nümayişçilərə sərt müdaxiləsi, küçələrdə maşınların və zibil konteynerlərinin yandırılması, iş yerlərinin talan edilməsi, qısa fasilələrlə səs bombalarının partladılması və alovların yüksəlməsi şəhərdə xaosun yaranmasına səbəb olmuşdu.

Hökumət yanacağın bahalaşmasının 2019-ci il üçün dondurulduğunu açıqlnmış, lakin nümayişçilər bunun kafi olmadığını bildirərək, nümayişləri davam etdirmək qərarına gəlmişdilər.



Әlaqәli Xәbәrlәr