Belqradda hökumət əleyhinə etiraz aksiyası keçirildi

Serbiyanın paytaxtı Belqradda "qanlı köynəklərə son" şüarı ilə hökumət əleyhinə etiraz aksiyası keçirildi.

1103291
Belqradda hökumət əleyhinə etiraz aksiyası keçirildi

Serbiyanın paytaxtı Belqradda "qanlı köynəklərə son" şüarı ilə hökumət əleyhinə etiraz aksiyası keçirildi.
 
 Müxalifət qanadının çağırışı ilə Belqrad Universitetinin Fəlsəfə Fakültəsinin qarşısında toplaşan yüzlərlə nümayişçi buradan Serbiya Radio və Televiziyasının (RTS) binasına doğru yürüyüş etdi.
 
 Nümayişçilər əllərində üzərində "qanlı köynəklərə son", "hüququn aliliyi və ədalət üçün", "hakimiyyətin terroruna qarşı" və "Avropa niyə səssiz qalırsan?" yazılan plakatlar daşıyaraq hökumət əleyhinə şüarlar səsləndirdilər.
 
 Etiraz aksiyasının Serbiyanın Sol Partiyasının sədri Borko Stefanovicin Krusevac şəhərində planlaşdırdığı çıxışı ərəfəsində başına metal  dəyənəklə vurulmasına reaksiya göstərmək məqsədilə keçirildiyi bildirildi.
 
 Bir çox müxalifət liderinin də qoşularaq dəstək verdiyi etiraz aksiyaları zamanı paytaxt Belqradın bir sıra prospektləri nəqliyyatın hərəkətinə bağalandı.
 
 Genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüldüyü nümayiş çıxışlardan sonra dinc şəkildə başa çatdı.
 
 



Әlaqәli Xәbәrlәr