CNN əməkdaşları canlı efir zamanı təxliyyə edildilər

Amerika Birləşmiş Ştatlarında CNN telekanalının Nyu-York ofisinin yerləşdiyi "Time Warner Center" binası partlayıcı qurğu olması ilə bağlı daxil olan məlumatdan sonra ötən gecə  polis tərəfindən boşaldıldı.

1102232

Hüquq-mühafizə orqanları ərazini avtomobillər və piyadaların hərəkəti üçün bağladı. 

Daha sonra bomba ilə bağlı elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən olundu. Nyu-York Polis Departamentindən verilən yazılı açıqlamada təklükənin olmadığı bildirildi. 

Binanın daxilindəki CNN-nin bürosu da təxliyyə edilərkən telekanalda Don Lemonun aparıcısı olduğu  "CNN Tonight" şou proqramı canlı yayınlanırmış. 

Binadakı insanların təxliyyəsindən az əvvəl ABŞ prezidenti Donald Trampın sosial şəbəkə - "Twitter" vasitəsilə bölüşdüyü: "Yalan xəbərlər-Xalqın düşməni" ismarışı reaksiyalara səbəb olmuşdu.

Әlaqәli Xәbәrlәr